23 
May
2022
15:56
399

"Droa" partiyasının lideri hakimiyyətə müraciət etdi

"Droa"nın lideri Elene Xoştaria hakimiyyəti Aİ-yə namizəd statusu almaq üçün bütün maneələri aradan qaldırmağa çağırıb.

InterPress.ge xəbər verir ki, o, bununla bağlı brifinq keçirib və ölkənin bu statusu almağa layiq olduğunu ifadə edib.

Elene Xoştaria hakimiyyətin atmalı olduğu addımları belə izah edib: 

"Ucadan və qəti şəkildə sizə müraciət edirəm, Avropa gələcəyinə mane olan bütün maneələri aradan qaldırın. Xüsusilə, Qvaramiyanı azad edin, “Amnesty International”ın dediyi kimi dərhal azad edin, bu onların sözləridir. Gürcüstanın üçüncü prezidentinə xaricdə müalicə almaq imkanı verin. Ölkədəki zorakı qruplarla qarşıdurma, döyülmələr təşkil etməyi, polis binasında insanları döyməyi dayandırın, məhkəməni azad edin,  məhkəmələrdən biri artıq Qvaramiyanın işinə görə sanksiyaya məruz qalıb, ölkənin Avropa perspektivinə mane olmamaq üçün bu addımları atın”, - Elene Xoştaria bəyan edib.

O bildirib ki, heç bir siyasətçinin əcdadların və gələcək nəsilin qarşısında Avropaya inteqrasiya prosesini dayandırmağa haqqı yoxdur.

Bizimlə əlaqə saxlayın