23 
May
2022
15:49
246

Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

lnterPress.ge xəbər verir ki, rəsmi səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Türkiyə xarici əlaqələr komitələri sədrlərinin illik üçtərəfli görüşü keçirilib, tərəflər regiondakı çağırışları, Rusiyanın Ukraynaya davam edən təcavüzünü və onun Qara dənizin təhlükəsizliyinə təsirini, Gürcüstanın işğal olunmuş rayonlarında vəziyyəti, o cümlədən Qafqaz regionunda sülh və sabitliyin gücləndirilməsi yollarını  və üçtərəfli əməkdaşlığın digər sahələrini müzakirə ediblər.

Nikoloz Samxaradze çıxışında regionda sabitliyin və sülhün bərqərar olmasının əsas vasitəsi kimi üç ölkə arasında sıx əlaqələrin vacibliyini vurğulayıb və qeyd edib ki, heç bir kənar qüvvə bu strateji əlaqələri təhlükə altına sala bilməyəcək.

Nikoloz Samxaradze regionda sülh proseslərinin təşviqində Gürcüstanın mühüm rolundan da danışıb. Bu kontekstdə Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq formatının və əməkdaşlığın yaradılmasını nəzərdə tutan Cənubi Qafqaz Sülh Təşəbbüsü diqqət mərkəzində olub.

“Cənubi Qafqazda sülhün bərqərar olması bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz bu prosesi təmin edən bütün addımları alqışlayırıq. Biz sülh prosesini asanlaşdırmağa hazırıq. Hökumətimiz Cənubi Qafqaz sülh təşəbbüsünü işləyib hazırlayıb ki, bu da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün yaxşı fürsətdir", -  deyə Nikoloz Samxaradze bildirib.

Görüşdə Gürcüstanın NATO-ya üzvlüyünün əhəmiyyəti də müzakirə olunub.

Nikoloz Samxaradze türkiyəli həmkarlarına Gürcüstanın NATO-ya üzvlüyünə göstərdikləri fəal dəstəyə görə təşəkkür edib.

Gürcüstan parlamentinin nümayəndə heyətinin tərkibinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Xarici Əlaqələr Komitəsinin sədr müavini Davit Zilfimiani və Xarici Əlaqələr Komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.

Bu formatda görüş hər il keçirilir və üç ölkə arasında qanunvericilik səviyyəsində mühüm platformadır, hansı ki, tərəflərin regionda gedən prosesləri, Üçtərəfli Strateji Tərəfdaşlığın mühüm aspektlərini və ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcək gələcək addımları müzakirə etmək imkanı yaradır.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər