23 
May
2022
13:22
307

Potidə etiraz aksiyası keçirilir

Artıq ikinci gündür ki, Potidə Cavaxişvili küçəsinin sakinləri aksiya keçirirlər.  

InterPress.ge xəbər verir ki, etirazçılar iqtisadi zonaya gedən avtomobil və dəmir yollarını bağlayıblar.

Polisin çoxsaylı çağırışlarına baxmayaraq, aksiyaçılar gecəni orada keçiriblər.

Etirazçıların sözlərinə görə, evlərinin yaxınlığında sağlamlıq üçün təhlükəli maddələr açıq üsulla emal olunur və bu səbəbdən onların sağlamlıqları təhlükə altındadır. Onların sözlərinə görə, maddənin daşınması təhlükəsizlik standartlarının pozulması ilə həyata keçirilir.

"İkinci gündür ki, buradayıq və konkret cavab alana qədər də burada olacağıq. Tələbimiz odur ki, bizə pul köçürsünlər və bizi buraxsınlar. Başqa yolumuz yoxdur, başqa çarəmiz yoxdur. Bu aksiyaya daha çox insan qoşulacaq. Yolu bağlamışıq, işləməyə icazə vermirik. Dünən gecə ilk dəfə təmiz hava udduq”, - etirazçılardan Ramaz Kubeçia deyib.

Yerli hakimiyyət bildirib ki, bununla bağlı mərkəzi hakimiyyət artıq məlumatlandırılıb və alternativ mənzillə təmin etmək məqsədi ilə müvafiq addımlar atılıb.  Onların sözlərinə görə, kompensasiya məsələsi müzakirə edilmir.

Bizimlə əlaqə saxlayın