21 
May
2022
11:01
1851

ÜST "Meymun çiçəyi" virus infeksiyasını müzakirə etmək üçün fövqəladə iclas keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı "Meymun çiçəyi" virus infeksiyasını müzakirə etmək üçün fövqəladə iclas keçirib.

InterPress.ge xəbər verir ki, məlumatı Reuters yayıb.

Agentliyin verdiyi məlumata görə, Avropada 100-dən çox təsdiqlənmiş və ya şübhəli xəstəliyə yoluxma halı qeydə alınıb.

İlk dəfə meymunlarda aşkarlanan xəstəlik adətən yaxın təmas nəticəsində yayılır və Afrikadan kənarda çox nadir hallarda rast gəlinir, ona görə də son vaxtlar yoluxmaların bu qədər artması narahatlıq yaradıb. Bununla belə, elm adamları virusun SARS-COV-2 qədər asanlıqla yayılmadığını nəzərə alaraq xəstəliyin Covid-19 kimi pandemiyaya çevriləcəyini gözləmirlər.

“Meymun çiçəyi”nə yoluxma halları Belçika, Fransa, Almaniya, İtaliya, Hollandiya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada, həmçinin ABŞ, Kanada və Avstraliyada qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər