18 
May
2022
22:09
157

Azərbaycan Dövlət İqtisad Universiteti "Tədqiqatçıların İqtisadiyyat və İdarəetmə Sahəsində Beynəlxalq Elmi Konfransı"nı təşkil edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi dünyanın müxtəlif ölkələrinin iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçılarını  bir araya gətirmək üçün “Tədqiqatçıların İqtisadiyyat və İdarəetmə Sahəsində Beynəlxalq Elmi Konfransı”nı təşkil edir. Bu Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir meyilləri üzrə fikir mübadiləsinin aparılmsı və təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldiməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və yeni beynəlxalq elmi platformanın yaradılması ilə bağlıdır.

InterPress.ge xəbər verir ki, 2019–cu ildən etibarən hər il təşkil olunan və ənənəvi xarakter alan bu konfrans İqtisadiyyat və idarəetmə sahəsində aktual elmi-praktiki problemlərin müzakirəsinə istiqamətlənir. 

"İlk dəfə yalnız magistrantlar üçün təşkil olunan konfransın əhatə dairəsi sonrakı illərdə doktorantura pilləsində təhsil alan tədqiqatçılarla genişlənmişdir. Ötən illərdə konfransda iştirak üçün daha geniş tədqiqatçı təbəqələrindən müraciətlərin çoxluğunu və dünyanın 30-dan çox ölkəsinin tədqiqatçılarının bu konfransa marağını nəzərə alaraq, 2022-ci ildə təşkil ediləcək IV konfransın iqtisadiyyat və idarəetmə sahələrində tədqiqat aparan hər kəs üçün  elmi nəticələrini təqdim edə biləcəyi beynəlxalq platformaya çevriməsini nəzərdə tuturuq.
 Konfransda  məruzələrin təqdim edilməsi ilə yanaşı müxtəlif akademik mövzularda təlim və seminarlar, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların və peşəkar mütəxəssislərin iştikrakı ilə workshoplar təşkil olunacaqdır. Böyük məmnuniyyətlə Sizləri konfransımızda iştirak etməyə dəvət edir və hər birinizə böyük yaradıcılıq uğurları arzulayırıq."- deyə məlumatda bildirilir.

Konfransın saytı: conferences.az

Bizimlə əlaqə saxlayın