16 
May
2022
11:33
730

Gürcüstan kənd təsərrüfatı məhsullarının ixracını artırır

Müharibə və bölgədəki logistik problemlərə baxmayaraq, Gürcüstanın aqrar ixracı artmaqda davam edir.

InterPress.ge xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı nazirinin müavini Qela Xanişvili açıqlama verib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-aprel aylarında aqrar məhsulların ixracı ötən ilin eyni dövrünün göstəricilərini 20 faiz üstələyib.

Onun sözlərinə görə, ixracın əsas problemi daşımaların qiymətinin artmasıdır.

“Logistik baxımdan bütün dünya çətin vəziyyətdədir.  Yüklərin daşınması xərclərinin artması ilə əlaqədar biz hazırda ixrac marşrutlarının şaxələndirilməsi üzərində işləyirik. Birinci mərhələdə çətinlik pandemiyadan sonrakı dövr ilə bağlı idi, indi buna Ukraynadakı müharibə də əlavə olundu. Mövcud şəraitdə kənd təsərrüfatı məhsullarının ixracatındakı bütün şirkətlər bazarın şaxələndirilməsi üzrə də işləyir", - deyə nazir müavini söyləyib.

Onun sözlərinə görə, dövlət fermerlərə bazarı öyrətmək və beynəlxalq standartları dərk etmək üzrə proqram hazırlayıb və bu olmadan beynəlxalq bazara çıxmaq imkansızdır.

Kənd təsərrüfatı nazirinin müavininin sözlərinə görə, gürcü istehsalçılarının beynəlxalq sərgilərdə iştirakı vacibdir, bu, məhsulu daha da tanıdacaq və beynəlxalq bazarda təlabatı daha da artıracaq.

“Biz sadəcə şərab sərgilərində iştirak etmək, gürcü şərabını müxtəlif bazarlarda tanıtmaq üçün ildə 9-10 milyon lari xərcləyirik, söhbət postsovet məkanına yönəlməyən sərgilərdən gedir. Biz Avropa və Amerikaya, Asiya ölkələrinə və Yaponiyaya diqqət yetiririk. Hər il şərabımızın yeni satış bazarları var və şərab ixracı öz mövqelərini gücləndirir", - deyə o söyləyib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər