16 
May
2022
10:47
883

"Mtavari arxi" nin baş direktoru həbs olundu


"Mtavari arxi" nin yaradıcısı Nika Qvaramiya məhkəmə zalında həbs edilib". 

lnterPress. xəbər verir ki, hakim Laşa Çxikvadze Nika Qvaramiyanı qismən təqsirli bilib, ona qarşı irəli sürülən maddələrin bəzilərini 220-ci maddə ilə yenidən kvalifikasiya edib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

"Mən günahsız adamam" - deyə Qvaramiya sessiyadan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Baş Prokurorluq 6 sentyabr 2020-ci il tarixində “Rustavi 2” işi üzrə Nika Qvaramiya, həmçinin “Rustavi 2” telekanalının keçmiş maliyyə direktoru Kaxa Dameniya və “İnter Media Plus”ın direktoru Zurab İaşviliyə qarşı ittiham irəli sürüb.

Nika Qvaramiya “Rustavi 2”yə ​​məxsus külli miqdarda əmlakı mənimsəməkdə, kommersiya rüşvətində və rəsmi sənədləri saxtalaşdırmaqda, ilkin razılaşma ilə qrup tərəfindən qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunurdu. Nika Qvaramiya həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Bizimlə əlaqə saxlayın