13 
May
2022
11:00
249

Nazir: “Milli Hərəkat” Saakaşvilinin sağlamlığına deyil, dar partiya maraqlarına daha çox önəm verir"

"Bütün bu müddət ərzində reinkarnasiya edilmiş Kommunist Partiyası "Milli Hərəkat" tərəfindən həyata keçirilən tamaşaya baxırıq və o, çox qeyri-mütəşəkkildir, orientirsizdir və yaradılmış ajiotajdan öz maraqları üçün istifadə edir".

InterPress.ge xəbər verir ki, bu barədə ədliyyə naziri Rati Breqadze bildirib.

Nazirin sözlərinə görə, “Milli Hərəkat” Saakaşvilinin sağlamlığına deyil, dar partiya maraqlarına daha çox önəm verir.

“Bu, siyasi kampaniyanın bir hissəsi idi, çox sayda seçki məğlubiyyəti yaşayan “Milli Hərəkat” xalqın etimadını itirib, əvvəldən sona qeyri-rəsmi olaraq idarə olunur, özünü qoruma instinkti ilə hərəkət edir və onlar Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətindən öz siyasi məqsədləri üçün istifadə etmək istəyirdilər", - Rati Breqadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər