12 
May
2022
17:35
824

Dmitri Peskov: "Rusiya Finlandiyanın NATO hərbi alyansındakı üzvlüyünü təhlükə hesab edir"

"Rusiya Finlandiyanın NATO hərbi alyansındakı üzvlüyünü təhlükə hesab edir və bu addım təhlükəsizliyin artırılmasına kömək etməyəcək".

InterPress.ge xəbər verir ki, bu barədə  Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bizim dəfələrlə dediyimiz kimi, NATO-nun genişlənməsi dünyanı daha sabit və təhlükəsiz etmir”, - Peskov bildirib.

O, Rusiyanın cavabının NATO-nun hərbi infrastrukturunun inkişafından asılı olacağını bildirib.

Bu, bu genişlənmə prosesinin nəyin ardınca gedəcəyindən, hərbi infrastrukturun sərhədlərimizə nə qədər uzaq və nə qədər yaxın olacağından asılı olacaq”, - Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Finlandiyanın NATO-ya daxil olması ilə bağlı vəziyyəti təhlil edəcək və öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər üzərində çalışacaq.

Xatırladaq ki, bu gün Finlandiya prezidenti Saul Niinister və baş nazir Sana Marin ölkənin NATO-ya üzvlüyünü dəstəklədiklərini bəyan ediblər. 

"Finlandiya NATO-ya üzv olmaq üçün dərhal müraciət etməlidir"- liderlərin birgə bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın