12 
May
2022
15:17
791

Daha bir gürcüstanlı Ukraynada həlak oldu

Ukraynada, “Azovstal”da 27 yaşlı gürcü döyüşçü Tato Biqvava dünyasını dəyişib. 

lnterPress.ge xəbər verir ki, bu barədə mərhumun bacısı Ana Biqvava məlumat verib.

O qeyd edib ki, meyit hələlik ərazidən çıxarılmayıb.

Onun sözlərinə görə, Tato Biqvava Ukrayna vətəndaşıdır və 2014-cü ildən Azov batalyonunda xidmətə çağırılıb.

Biqvavanın valideynləri də Ukraynadadır. Onlar Abxaziyadakı müharibədən sonra Ukraynaya köçüblər.

"Qardaşım 2014-cü ildən Ukraynanı müdafiə edir. O, həmişə deyirdi ki, mən Ukrayna və Gürcüstanı müdafiə etməliyəm, çünki bu, təkcə Ukraynanın müharibəsi deyil. Biz onun Azova getməsini həqiqətən istəmirdik və ona bunu etməməsini deyirdik. Ancaq, o, bizə qərarıma hörmət edin dedi. O, dostu ilə 2019-cu ildə partlayan “Azov”a getdi" , - deyə mərhumun bacısı bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski bir ay əvvəl Tato Biqvavanı göstərdiyi cəsarətə görə mükafatlandırıb.

Ailə cənazəni Gürcüstana aparmaq istəyir. O, əslən Zuqdididəndir.

Bizimlə əlaqə saxlayın