11 
May
2022
23:07
314

Mixeil Saakaşvilinin anası oğlunun klinikaya yerləşdirilməsinə münasibət bildirdi

Təbii ki, oğlumu xaricə köçürmək gündəmdə qalır - həkimlərin hesabatına əsasən, bunun zərurət yaranacağını düşünürəm.

InterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasania Saakaşvilinin səhhəti barədə danışışıb.

Qiuli Alasaniyanın sözlərinə görə, Saakaşvili arıqlayıb və yeriməkdə çətinlik çəkir.

Sabiq prezidentin anasının qeyd etdiyinə görə, Gürcüstanda Saakaşvilini qoyulan diaqnozlarla müalicə etmək mümkün deyil.

“Təbii ki, oğlumu xaricə köçürmək gündəmdə qalır. Həkimlərin rəyinə əsasən, zərurət yaranacağını düşünürəm. Görürəm ki, adam zəifləyib, arıqlayıb, yeriməkdə çətinlik çəkir.

Mən bu klinika (Vivamedi) haqqında yaxşıdan başqa heç nə eşitməmişəm. Qismən də olsa onun vəziyyəti araşdırılmalıdır. Bilirəm ki, onun çoxlu diaqnozları var və bütün bu xəstəlikləri burada, nəinki bu klinikada, bildiyim qədər bütövlükdə Gürcüstanda müalicə etmək olmur. ”, - Qiuli Alasania bildirib.

Bizimlə əlaqə saxlayın