11 
May
2022
19:27
474

ABŞ səfiri Mixeil Saakaşvilinin klinikaya köçürülməsinə münasibət bildirdi

“Ən vacibi odur ki, cənab Saakaşvili lazım olan müalicəni alsın”.

InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan mediaya bildirib.

Deqnanın sözlərinə görə, Saakaşvilinin vəziyyətinin peşəkar həkimlər tərəfindən qərəzsiz qiymətləndirilməsi vacibdir.

“Söhbət insan sağlamlığının vəziyyətindən gedir. Ən əsası odur ki, cənab Saakaşvili lazım olan müalicəni alsın, diqqət buna yönəlməlidir. Onun tibbi yardım ala biləcəyi, vəziyyətini qiymətləndirə biləcəyi özəl klinikaya aparılması çox mühüm və müsbət addım olardı. Növbəti addım hər kəsin etibar edə biləcəyi ixtisaslı tibb mütəxəssislərinin qərəzsiz qiymətləndirməsidir. Söhbət prinsipial olaraq insan sağlamlığından və cənab Saakaşviliyə lazım olan qayğının göstərilməsinə əmin olmaq ehtiyacından gedir. Bu, ən vacib şey olmalıdır "dedi Deqnan.

Bizimlə əlaqə saxlayın