09 
May
2022
10:51
509

Şalva Papuaşvili İkinci Dünya Müharibəsi veteranlarını təbrik etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İkinci Dünya Müharibəsi veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib.

lnterPress.ge qeyd edir ki, o, veteranlara təşəkkür edib və onların qəhrəmanlığının tarix yazdığını, gələcəyi xilas etdiyini qeyd edib.

“İkinci Dünya Müharibəsi veteranlarını faşizm üzərində Qələbə günü münasibətilə təbrik edirəm! 9 Mayın sizdə oyatdığı- xatirələr saniyələr içində canlandığı - kədər, ağrı və sevincin bir-birini əvəz etdiyi hissləri sizinlə bölüşmək istəyirəm.

9 May xalqımızın yaddaşında adsız və məşhur qəhrəmanların tarixini qoruyub saxlayır. Bu gün biz hamımız həmvətənlərimizi, daha yaxşı gələcək uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımızı ehtiramla yad edirik.

Mən İkinci Dünya Müharibəsinin bütün veteranlarına hörmətimi ifadə etmək istəyirəm. Sizin qəhrəmanlığınız tarix yaratdı, gələcəyi xilas etdi. Fədakarlığınız üçün təşəkkür edirəm! Bu gün sizindir və qazandığınız qələbə bütün bəşəriyyət üçündür!”, - deyə Şalva Papuaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər