07 
May
2022
20:38
436

Otar Şamuqiya Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri ilə görüşdü

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya ilk işgüzar səfərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən nazirlər görüşündə iştirak etmişdir. Nazirlər toplantısı çərçivəsində, Otar Şamuqiya azərbaycanlı həmkarı ilə görüşüb.

Görüşdə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin qeyd etdiyinə görə, nazirliyin əsas məsələsi kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların tətbiqi, bu sahədə müasir standartların hazırlanması üçün mühüm amildir.

Otar Şamuqiya azərbaycanlı həmkarına aqrar sektorun inkişafına dəstək məqsədilə Gürcüstan hökuməti tərəfindən həyata keçirilən dövlət proqramları barədə məlumat verib.

“Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramları nəticəsində bizdə istehsalın artması və ixracın artan dinamikası var ki, bu da öz növbəsində Gürcüstana Azərbaycan arasında ticarət əlaqələrini dərinləşdirməyə imkan verir “, - deyə Otar Şamuqiya bildirib.

Azərbaycanın kənd təsərrüfatı naziri hazırda Gürcüstanda hazırlanmaqda olan və ölkənin özünütəminat səviyyəsini yüksəltmək məqsədi daşıyan taxıl istehsalının artımı proqramı ilə maraqlanıb.

Görüşdə tərəflər aqrar sektorun inkişafına, istehsalın daha rəqabətqabiliyyətli və məhsuldar olmasına imkan verəcək sektorun inkişafı üzrə baxışlar, yanaşmalar və mexanizmlər üzərində dayanıblar.

Gələcək əməkdaşlığı dərinləşdirmək üçün Otar Şamuqiya azərbaycanlı həmkarını Gürcüstana dəvət edib.

İclasda ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Qiorqi Xanişvili və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər.

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər