07 
May
2022
19:58
401

Tbilisidə "Şuşa ili"nə həsr olunmuş "Cənnətim Qarabağ" adli musiqili gecə baş tutdu- FOTO/VİDEO

7 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə birgə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə təşkil olunmuşdu.

InterPres.ge xəbər verir ki, tədbir Vaxtanq Salaridze adına konsert zalında keçirildi.
 
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin çıxışından öncə Azərbaycan- Ermənistan müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, Azərbaycan- Ermənistan müharibəsində Gürcüstandan olan şəhidlərin ailələri və maraqlanan şəxslər qatılmışdı.

Tədbirdə Azərbaycan səfiri Faiq Quliyev söz çıxışından sonra 44 günlük müharibədə Azərbaycan Prezidentinə məktublar yazan uşaqlara hədiyyələr təqdim etdi.

Daha sonra isə Şuşalı bəstəkarların musiqiləri səsləndi və "Xurşidbanu Natavan" və bir sıra tamaşalar nümayiş olundu.

Bizimlə əlaqə saxlayın