06 
May
2022
19:43
1196

Gürcüstan Prezidenti: "Əhalimiz Avropanı seçir, işləmək üçün Avropaya gedir, Rusiya tərəfə baxmır"

"2008-ci il Rusiya-Gürcüstan müharibəsi yalnız Avropa İttifaqı və NATO-ya can atma prosesini sürətləndirdi".

InterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstan prezidenti Salome Zurabişvili Paris Match-a müsahibəsində deyib.

Onun sözlərinə görə, viza rejiminin liberallaşdırılması, Aİ ilə ticarət əlaqələri çox nəzərəçarpacaq irəliləyişdir.

“Bəzi insanlar Şərq ölkələrinin Avropa İttifaqı və ya NATO ilə yaxınlaşmasını mənfi şəkildə Rusiyaya qarşı “təxribat” kimi qiymətləndiriblər...

Biz buna heç vaxt inanmamışıq: Avropanın istəklərinin olmaması Rusiyanın əraziləri işğalını dayandırması və ya başqa cür davranması demək deyil. Əvvəla, gürcülər hesab edirlər ki, onların perspektivini heç nə dəyişə bilməz. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi yalnız Aİ və NATO-ya can atma prosesini sürətləndirdi. Viza rejiminin liberallaşdırılması, Aİ ilə ticarət əlaqələri - çox nəzərəçarpacaq irəliləyişdir. Eyni şey NATO ilə də baş verir: Gürcüstan Əfqanıstanda çox fəal idi, adambaşına ən çox təmsil olunan ölkə idi. Və hər il biz NATO-nun himayəsi altında iki təlim keçiririk. Bütün bunlar bizim xarici siyasətimizin tərkib hissəsidir, bunu heç nə dəyişməyəcək. Rusiya təhlükələri ola bilər, lakin əhalinin 80%-i Avropa oriyentasiyasını dəstəkləyir, çünki əmindir ki, bu, siyasi sistemin inkişafı və daxili təhlükəsizliyin yeganə perspektividir. İnsanlar təkziblərini bildirirlər: bir dənə də olsun tələbə Moskvaya oxumağa getmir, hamısı Avropa və ya Amerika universitetlərinə oxumağa gedir və bizim bütün əhalimiz istər qanuni, istərsə də qeyri-qanuni işləmək üçün xaricə gedir, Avropa və ya Amerikanı seçir, heç kim Rusiyaya baxmır. Yalnız Sovet dövründə orada yaşayan gürcülər Rusiyada qalıb və bir neçə dəfə geri dönən dalğalara baxmayaraq, orada yaşamağa davam ediblər, çünki onların orada ailələri və işləri var”, - Zurabişvili müsahibəsində bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər