Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Qiorqi Vaşadze: "Hakimiyyətin özü radikallaşır, Gürcüstanda növbədənkənar seçkilər olacaq"

529
Qiorqi Vaşadze: "Hakimiyyətin özü radikallaşır, Gürcüstanda növbədənkənar seçkilər olacaq"
Dinləmək üçün basın

"Gürcüstanda növbədənkənar seçkilər keçiriləcək".

"Gürcüstanda növbədənkənar seçkilər keçiriləcək".

InterPress.ge xəbər verir ki, bunu "Ağmaşenebeli Strategiyası"nın sədri Qiorqi Vaşadze deyib.

O bildirib ki, “Gürcü Arzusu” radikalizmə doğru gedir və bu, amerikalı və avropalı həmkarları üçün qəbuledilməzdir.

Bundan əlavə, Vaşadze bəyan edib ki, Gürcüstanın Avro-Atlantik inteqrasiya yolundan yan keçməməsi və NATO-ya inteqrasiya prosesini sürətləndirməsi üçün hər şeyi edəcəklər. 

“Gürcüstanda növbədənkənar seçkilər olacaq, niyə? Bunun iki amili var: birincisi - “Gürcü Arzusu” daha çox radikallaşmaya gedir, bizi dinləmir, heç nə həyata keçirmir. Hamımızı "müharibə partiyaları" kimi vəftiz etmək istəyir. Gülüncdür, onların arqumentləri amerikalı tərəfdaşlarımız üçün tamamilə qəbuledilməzdir. İkincisi - hakimiyyət özü radikallaşır, qütbləşir. Bütün razılaşmalardan, razılıq təkliflərindən imtina edir. Amerika səfirinə qulaq asın, bir yerdə dayanmalısınız deyir. Biz, "Ağmaşenebeli Strategiyası" nə deyirik?  - bir yerdə dayanmalıyıq. Bu, bizim amerikalı və avropalı tərəfdaşlarımızın əsas mesajıdır, “Gürcü Arzusu” isə buna yox və heç vaxt deyə cavab verir. Bu, onların Kobaxidzeyə, Mdinaradzeyə, hamıya cavabıdır və buna cavab verəcəklər, növbədənkənar seçkilər keçiriləcək. Gürcüstanın Avroatlantik inteqrasiya yolundan yayınmaması və NATO-ya inteqrasiyasını sürətləndirmək üçün əlimizdən gələni edəcəyik. Ölkəmizdə belə bir hakimiyyətin olması bir daha məni utandırdı, çünki ölkəmizin verdiyi bəyanatlar antimilli xarakter daşıyır, çünki bu, milli maraqlarımıza dəhşətli zərbə vurur. Vaşinqtonda keçirdiyim bütün görüşlərdə ilk növbədə soruşurlar ki, Gürcüstanda nə baş verir, Gürcüstanın şimal qonşusu ilə nə əlaqəsi var, niyə ölkənizlə bağlı belə bəyanatlar verilir? Hesab edirəm ki, bu, Gürcüstan üçün qorxunc zərbədir”, - Qiorqi Vaşadze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →