06 
May
2022
11:03
409

Qanunsuz ağac kəsmə və daşıma ilə bağlı onlarla fakt aşkar olundu

Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən 2022-ci il aprelin 1-dən aprelin 30-dək ölkə ərazisində qanunsuz ağac kəsilməsi və daşınma ilə bağlı 188 fakt müəyyən edilib, onlardan 14 faktda cinayət tərkibinin əlamətləri var.

lnterPress.ge xəbər verir ki, bu barədə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, qanunsuz ağac kəsmə və ağac daşıma hallarının ən çoxu - İmeretidə - 40, Kaxetidə - 39, Sameqrelo-Zemo Svanetidə -  31, Samçxe-Cavaxetidə - 24, Acarıyada - 17, Şida Kartlidə - 13, Raça-Leçxumidə - Kvemo Svanetidə - 10, Kvemo Kartlidə - 8, Quriyada - 2, Mtsxeta-Mtianetidə - 1 qeydə alınıb.

Paytaxta gəldikdə isə, 2022-ci ilin aprel ayında Tbilisidə 3 qanunsuz ağac kəsilməsi və taxta daşınması faktı aşkar edilib. Ümumilikdə 211 kubmetrədək qanunsuz yığılmış taxta-şalban çıxarılıb. Həmin dövrdə mişar zavodunda texniki reqlamentlərin pozulması ilə bağlı 60 fakt qeydə alınıb. Həmçinin 12 ədəd dövlət qeydiyyatı olmayan mişar dəyirmanı yığışdırılıb. Əlavə cavab üçün materiallar, aidiyyatı qurumlara göndərilib.

https://interpress.ge/web/uploads/images/279750343_1047284922864045_5202474076941236562_n_(1).jpg

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər