05 
May
2022
16:29
296

Kelli Deqnan: "Gürcüstanın siyasi liderlərinin bu ölkənin gələcəyi üçün birgə fəaliyyətə başlamasının vaxtı çatıb"

"İndi regionda baş verənlər fonunda Gürcüstanın siyasi liderlərinin birləşməsinin, bir-birinə hücumlarını dayandırmağının və bu ölkənin gələcəyi üçün birgə fəaliyyətə başlamasının vaxtı çatıb. Bu, gürcü xalqı üçün, Rusiya üçün və Gürcüstanı bölmək istəyənlər üçün vacib mesajdır".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

Onun sözlərinə görə, parlament elə bir yerdir ki, orada iqtidar və müxalifət birlikdə işləməlidir.

“ABŞ Gürcüstanda baş verənləri izləyir. Gürcüstan ABŞ-ın mühüm tərəfdaşıdır. Parlamentdə siyasi liderləri görməkdən məmnunuq, çünki bura dəyişiklik və irəliləyişin edilməli olduğu yerdir. Biz parlamentdə, qanunların və strategiyaların icrasında daha fəal olunmasını istəyirik, biz iqtidar və müxalifətin iqtisadiyyat, təhsil, səhiyyə məsələləri, yollar, su təchizatı, o cümlədən gürcü xalqı üçün ən vacib olan məsələlər üzrə birlikdə işləməsini istəyirik. Ölkə bir çox problemlə üzləşir və onları müzakirə etmək üçün ən yaxşı yer parlamentdir, iqtidar və müxalifət dalaşmalı deyil, birlikdə işləməlidir.

İndi regionda baş verənlər fonunda Gürcüstanın siyasi liderlərinin birləşməsinin, bir-birinə hücumlarını dayandırmağının və bu ölkənin gələcəyi üçün birgə fəaliyyətə başlamasının vaxtı çatıb. Bu, gürcü xalqı üçün, həm də Rusiya üçün və Gürcüstanı parçalamağa çalışan başqaları üçün mühüm mesajdır. Gürcüstandakı siyasi liderlərə mesajım budur: birlikdə durun və gürcü xalqı üçün ən vacib olan məsələlərdə birlikdə çalışın. İndi enerjini buna sərf etmək lazımdır", - səfir bildirib.

Bizimlə əlaqə saxlayın