05 
May
2022
16:13
916

ABŞ səfiri Gürcüstan hökumətinə çağırış etdi

"Cənab Saakaşvilinin sağlamlıq vəziyyətini izləyən Xalq Müdafiçəsi Aparatına tam inanırıq və Gürcüstan hökumətini Xalq Müdafiəçisinin tövsiyyələrinə diqqətlə yanaşmağa çağırırıq".

InterPress.ge xəbər verir ki, bunu ABŞ səfiri Kelli Deqnan deyib.

"Biz cənab Saakaşvilinin sağlamlıq vəziyyətini çox diqqətlə müşahidə edirik, ona ixtisaslı tibbi yardım göstərilməsinə çağırırıq. 

Cənab Saakaşvilinin sağlamlıq vəziyyətini izləyən Xalq Müdafiçəsi Aparatına tam inanırıq və Gürcüstan hökumətini Xalq Müdafiəçisinin tövsiyyələrinə diqqətlə yanaşmağa çağırırıq. Bu, hər bir vətəndaşın hüquqlarını qorumaq üçün konstitusiya mandatı olan bir adamdır. Xalq Müdafiəçisi Aparatı çox yaxşı və məsuliyyətli fəaliyyət göstərir və Mixeil Saakaşvili ilə bağlı hərəkət kursuna tam inanırıq", - səfir bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər