Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

İqtisadiyyat naziri rəqəmsal larinin tətbiqindən danışdı

384
İqtisadiyyat naziri rəqəmsal larinin tətbiqindən danışdı
Dinləmək üçün basın

"Rəqəmsal larinin tətbiqi Gürcüstanda maliyyə sisteminin səmərəliliyi, ödəniş sistemlərinin sadələşdirilməsi, maliyyə xidmətlərinin sürətləndirilməsi və ucuzlaşması üçün çox mühüm mərhələ olacaq. Bu, bir sıra dövlət…

"Rəqəmsal larinin tətbiqi Gürcüstanda maliyyə sisteminin səmərəliliyi, ödəniş sistemlərinin sadələşdirilməsi, maliyyə xidmətlərinin sürətləndirilməsi və ucuzlaşması üçün çox mühüm mərhələ olacaq. Bu, bir sıra dövlət xidmətlərini sadələşdirəcək və əlçatan edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Bankların Rəqəmsal Valyutaları (CBDC) və Mərkəzləşdirilməmiş Maliyyə (DeFi) üzrə Beynəlxalq Konfransda iştirak edən baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

Onun sözlərinə görə, rəqəmsal GEL-in tətbiqi nəticəsində daha çox texnoloji şirkətlər Gürcüstana daxil olacaq və Gürcüstan bu dəyişikliklə innovasiyaların önündə olmalıdır.

Davitaşvilinin qeyd etdiyinə görə, dəyişiklik vaxt aparacaq.  İqtisadiyyat Nazirliyi bu məqsədlə Gürcüstan Milli Bankı ilə çox sıx əməkdaşlıq edəcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, konfrans Gürcüstan Milli Bankı və USAİD-in iqtisadi təhlükəsizlik proqramı, Dünya Bankının iştirakı ilə təşkil olunub. Konfransın məqsədi rəqəmsal valyuta (CBDC) və mərkəzləşdirilməmiş maliyyə (DeFi) üzrə dövlət və özəl sektorlar arasında dialoqu təşviq etmək olub. Bunlara ağıllı müqavilələr və biznes əməliyyatlarının rəqəmsallaşdırılması ilə bağlı olan CBDC sisteminin müxtəlif aspektləri daxildir.

Davitaşvili bildirib ki, ödəniş sistemlərinin rəqəmsallaşması və ekosistemin maliyyə inkişafı dönməz prosesdir və bu, qlobal tendensiyalara və müasir texnologiya vasitələrinin və innovativ həllərin daha geniş istifadəsinin artan roluna uyğundur.

Levan Davitaşvilinin bəyan etdiyinə görə, CBDC-nin tətbiqi maliyyə sektorunda son dərəcə vacib yenilikdir - buna görə də əsas maraqlı tərəflər arasında geniş məsləhətləşmə və ümumi anlaşma lazımdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →