Levan Davitaşvili “Borjomi” işinin bərpası ilə bağlı açıqlama verdi
"Biz bir tərəfdən Borjomiyə və Gürcüstan Borjomisinin maraqlarına, o cümlədən işçilərinin maraqlarına kömək edəcək, digər tərəfdən isə beynəlxalq tərəfdaşlarımızla razılaşdırılacaq qərarlar qəbul etmək üçün hüquqi detalları dəqiqləşdiririk".
lnterPress.ge xəbər verir ki, İqtisadiyyat naziri Levan Davitaşvili “Borjomi” şirkəti ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi bu məsələ üzərində fəal işləyir.
“Bildiyiniz kimi, “Borjomi”nin təsisçi şirkətinin bir neçə səhmdarı bir neçə tənzimləyici orqan tərəfindən sanksiyaya məruz qaldığı ilk gündən biz işləyirik. Bu proses mürəkkəbdir, çünki bilirsiniz ki, Gürcüstan beynəlxalq birliyin konsensus çərçivəsində qəbul etdiyi beynəlxalq qərarların və beynəlxalq maliyyə-iqtisadi sanksiyaların tərkib hissəsidir. Buna görə də, biz strateji tərəfdaşlarımızın qəbul etdiyi qərarlara böyük məsuliyyət və qayğı ilə yanaşırıq. Müvfiq olaraq, biz ilk gündən bu prosesdə iştirak edirik, bununla belə, prosesin yeganə tərəfi olmadığımızı və məlumatların açıqlanmaması haqqında sazişimiz olan müxtəlif ölkələrdən tənzimləyicilərin də olduğunu nəzərə alsaq, tərəfdaşın razılığı olmadan açıqlaya bilməyəcəyimiz hüquqi bir proses olduğundan, bu mərhələdə daha çox məlumat paylaşa bilmərik, amma, demək istəyirəm ki, danışıqlar prosesində konkret olaraq bizim nazirlik və hökumət iştirak edir. Biz bir tərəfdən Borjomiyə və Gürcüstan Borjomisinin maraqlarına, o cümlədən işçilərinin maraqlarına kömək edəcək, digər tərəfdən isə beynəlxalq tərəfdaşlarımızla razılaşdırılacaq qərarlar qəbul etmək üçün hüquqi detalları dəqiqləşdiririk", - deyə Davitaşvili bildirib.
Sanksiyalara görə IDS Borjomi müvəqqəti olaraq istehsalı dayandırır. Şirkətdən verilən açıqlamaya görə, “Ukraynada hərbi əməliyyatlar başlayandan “IDS Borjomi Georgia” şirkəti çətin vəziyyətdə qalıb”.
Rus "Alfa Qrup" 2013-cü ildən bəri IDS Borjomi-nin 60% nəzarət paketinə sahibdir. "Alfa Qrup" -un təsisçisi Mixail Fridman sanksiyaya məruz qalan oliqarxlar siyahısındadır.


