04 
May
2022
12:38
294

Səhər saatlarından İrəvanda avtomobillərin hərəkəti iflic olub, bir çox küçə və körpülər bağlanıb

Artıq üçüncü gündür ki, Ermənistanın paytaxtı İrəvanda etirazlar davam edir.

InterPress.ge xəbər verir ki, yerli media bununla bağlı məlumat yayıb.

Məlumata görə, səhər saatlarından İrəvanda avtomobillərin hərəkəti iflic olub, bir çox küçə və körpülər bağlanıb.

Onların sözlərinə görə, körpülərdən birində nəqliyyatın hərəkəti xüsusi tikinti texnikası tərəfindən bağlanıb.

Hadisə yerinə xüsusi təyinatlılar və polis səfərbər edilib. Onlar hərəkəti bərpa etməyə çalışırlar.

Medianın verdiyi məlumata görə, hazırda Baqramiani prospektində nəqliyyatın hərəkəti kəsilib.  Etirazçılar “Nikolsuz Ermənistan” şüarları səsləndirirlər.

Ermənistanda hökumət əleyhdarı mayın 1-də aksiyaya başlayıb. Nümayişçilər baş nazir Nikol Paşinyanın və Nazirlər Kabinetinin üzvlərinin istefasını tələb edirlər. Fəallar tələbləri yerinə yetirilənə qədər vətəndaş itaətsizliyinin dayanmayacağını və ölkə boyu mitinqlərin keçiriləcəyini deyirlər.

Bizimlə əlaqə saxlayın