Bu qadağan ediləcək...
Praktiki sürücülük imtahanının ikinci mərhələsinə hazırlaşmaq üçün xidmət qurumu tərəfindən müəyyən edilmiş marşrutlar üzrə təlimlərin keçirilməsi qadağan ediləcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyindən məlumat verilib.
Verilən məlumata əsasən, sürücülük məktəbinin təlimatçılarının təlim keçə biləcəyi yolun hissələri hər bir bələdiyyə tərəfindən müəyyən ediləcək.
Sürücülük hüququ əldə etmək istəyənlər Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin 9 struktur bölməsində yeni standart üzrə praktiki sınaq imtahanı verə biləcəklər, məhz: Rustavi, Qori, Telavi, Poti, Axalçixe, Kutaisi, Saçxere, Ozurqeti və Batumidə.
Cari il aprelin 25-dən “B” və “BE” kateqoriyalı avtonəqliyyat vasitələrini idarəetmə hüququ əldə etmək üçün praktiki sınaq imtahanı ikimərhələli olub. Birinci mərhələ yenidən qapalı sahədə, ikinci mərhələ isə real hərəkət şəraitində keçiriləcək. Sürücü namizədi nəzəri imtahanı verdikdən sonra 30 təqvim günü müddətində praktiki imtahanın birinci mərhələsini, birinci mərhələdən keçdikdən sonra 365 təqvim günü müddətində praktiki imtahanın ikinci mərhələsini keçmək hüququna malikdir. Bununla belə, maraqlanan şəxs birinci mərhələdən uğurla keçdikdən sonra 15 gündən gec olmayaraq praktiki imtahanın ikinci mərhələsinə (ilkin buraxılış) buraxılacaq


