03 
May
2022
00:58
361

Axalçixedə ahıska türkləri üçün iftar süfrəsi təşkil olundu-FOTO

Cari ilin 2 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi tərəfindən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Axalçixe şəhərində Axalçixe və ətraf ərazilərdə yaşayan, əsasən Azərbaycan vətəndaşları olan ahıska türkləri üçün iftar süfrəsi təşkil edilmişdir. 

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları ilə yanaşı Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Türkiyənin Dəyanət İşləri Bakanlığının Gürcüstan nümayəndəsi Ahmet Erdem, Türkiyə Səfirliyinin əməkdaşları, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin regional nümayəndəsi Elvardi Zazadze, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Samçxe-Gavaxeti müftisi Mamuka Vaşağmadze, Axalçixe imamı Şövkət Dvalidze, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Gürcüstan nümayəndəsi Bayram Köçəliyev, yerli ahıska türkləri iştirak etdilər.

 Mərasimdə çıxış edən səfir Faiq Quliyev tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik etdi, oruc və dualarının qəbul olunmasını dilədi. Gürcüstanda ahıska türklərinin öz dədə-baba torpaqlarında yaşadığını qeyd edən səfir Faiq Quliyev onların yerli cəmiyyətə inteqrasiyasında Azərbaycan dövlətinin daim dəstək göstərəcəyini xüsusi vurğuladı. Həmçinin, səfir Faiq Quliyev Azərbaycan- Ermənistan müharibəsində şəhid olmuş 9 Azərbaycan vətəndaşı olan ahıska türkünə Allahdan rəhmət diləmişdir. İftar süfrəsindən sonra səfir Faiq Quliyev Azərbaycan vətəndaşı olan ahıska türklərinin problemləri ilə maraqlanmış, onların müvafiq suallarını cavablandırdı. Eyni zamanda, tədbirdə iştirak edən ahıska türkü ailələrinə Ramazan bayramı ilə əlaqədar ərzaq yardımları da təqdim edildi.

Bizimlə əlaqə saxlayın