02 
May
2022
20:06
1607

Qriqol Vaşadze: "Vəziyyəti qorxulu deyil fəlakətlidir"

Mixail Saakaşvilinin vəziyyəti pisləşib - Gürcüstanın üçüncü prezidenti artıq yemək yeyə bilmir və yalnız su içir.

InterPress.ge xəbər verir ki, Qriqol Vaşadze həbsxanadan ağır məlumatlar yayıb.

"Vəziyyət qorxulu deyil, fəlakətlidir! Sudan başqa heç nə qəbul edə bilmir", - Vaşadze bildirib.

Onun sözlərinə görə, Saakaşvili o qədər zəifdir ki, onu tanımaq çətindir. Eyni zamanda, Qriqol Vaşadze hakimiyyətə xəbərdarlıq edir ki, “faciə” baş verərsə, onlar məsuliyyət daşıyacaqlar:

" Adamın anoreksiyası var, yemək yeyə bilmir. Anemiya, iştahsızlıq var. Ayaqların əzələləri bükülür. Gürcüstan prezidentinin həbsdə öldürülməsi nə deməkdir?! Bu adamı müalicəyə aparın, heç olmasa gürcü xəstəxanasına aparın. Cənab Breqadze Gürcü Arzusunun bütün nümayəndələri kimi bilməlidir ki, heç də uzaq olmayan faciə baş verərsə, onlar məsuliyyəti öz üzərlərinə götürməli olacaqlar."- Vaşadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər