02 
May
2022
13:05
1935

Baş nazir yanacağın qiymətindən danışdı

"Əldə etdiyimiz məlumata görə, bir çox idxalçı nisbətən ucuz yanacaq idxal etməyə başlayıb, baxmayaraq ki, bu hələ qiymətlərdə əksini tapmayıb".

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

Onun sözlərinə görə, Rəqabət Agentliyi mayın 15-dək aralıq hesabatı təqdim edəcək və bundan sonra hökumət buna uyğun cavab verə biləcək.

“Keçən cümə günü mən iqtisadi komandaya göstəriş verdim, rəqabət agentliyi ilə görüşdük və yanacağın qiymətlərini müzakirə etdik. Əldə etdiyimiz məlumata görə, bir çox idxalçı Gürcüstana nisbətən ucuz yanacaq idxal etməyə başlayıb, baxmayaraq ki, bu hələ qiymətlərdə özünü göstərməyib. Ona görə də Rəqabət Agentliyinə müraciət etdik ki, yanacağın qiymətlərini ətraflı öyrənib mayın 15-dək aralıq hesabat təqdim etsinlər və bundan sonra təbii ki, hökumət də buna uyğun cavab verə biləcək.

Əvvəlcədən heç nə sübut etmirik, bəzi məlumatlar var ki, məsələn, qiymətlə bağlı danışıqlar aparılmır, amma bütün bunların qarşısını almaq üçün monitorinq hesabatı hazırlamaq lazımdır və bundan sonra müvafiq nəticələr çıxaracağıq”, - deyə baş nazir bildirib.
 

Bizimlə əlaqə saxlayın