02 
May
2022
10:31
289

Batumidə bayram namazı qılındı

Bu gün Gürcüstan müsəlmanları Ramazan bayramını qeyd edirlər.

lnterPress.ge xəbər verir ki, Gürcüstanın müftisi Adam Şantadze Batuminin mərkəzi məscidində bayram namazı qılıb.

Yağışlı hava səbəbindən camaatı məscidin yaxınlığındakı küçəyə yerləşdirmək mümkün olmayıb və bu səbəbdən müftinin sözlərinə görə, dindarlar məsciddə namaz qılıblar.

Dindarları Acariya hökumətinin və Ali Şurasının sədrləri, eləcə də Batumi şəhərinin meri bayram münasibətilə təbrik ediblər.

Ramazan Bayramı bir aylıq ağır orucdan sonra gəlir. Bir ay ərzində mömin müsəlmanlar gün çıxandan gün batana qədər hər hansı yemək və su qəbul etməkdən imtina edirlər.

Bayram Şeytanın məğlubiyyətinin bayramı hesab olunur. Bu gün möminlər bol-bol sədəqə verir, bir-birlərinə bayram şirniyyatları təqdim edir, qohum-əqrəba və ulu-babalarının məzarlarını ziyarət edirlər.

 

Bizimlə əlaqə saxlayın