01 
May
2022
13:49
354

Kelli Deqnan: “Biz çox şadıq ki, baş nazir Gürcüstanın sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcəyinə söz verib”

“Biz çox şadıq ki, baş nazir Gürcüstanın sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcəyinə söz verib və biz bunu diqqətlə izləyirik”.

lnterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Kelli Deqnana media nümayəndələri tərəfindən sızdırılan səs yazıları ilə bağlı sual verilib. Deqnanın fikrincə, ABŞ üçün əsas odur ki, Gürcüstandan sanksiyalardan yayınmaq üçün istifadə edilməməlidir.

“Zənglər haqqında eşitdim və çoxlu müxtəlif cavablar və izahatlar gördüm. ABŞ üçün əsas odur ki, Gürcüstandan sanksiyalardan yayınmaq üçün istifadə edilməsin. Bu, çox vacibdir, çünki biz görürük ki, sanksiyalar effekt verir, işləyir. Atəşkəsdən söhbət gedəndə rusların qaldırdıqları ilk məsələ sanksiyaların aradan qaldırılmasıdır. Beləliklə, bilirik ki, onların bir nəticəsi var və işləyirlər. Hərkəs sanksiyaların tətbiqində yekdil olsa, Putini başladığı müharibəni dayandırmağa məcbur etmək üçün, onlar çox yaxşı işləyəcəklər. Biz çox şadıq ki, baş nazir Gürcüstanın sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcəyinə söz verib və biz bunu çox diqqətlə izləyirik.

Bu, müharibəni bitirməyin ən təsirli yoludur, heç olmasa onu genişləndirməmək üçün, bunu heç kim istəmir. Heç kim istəmir ki, Gürcüstan bu müharibənin hədəfi olsun. Mən bir çox siyasi liderlərlə danışmışam, heç bir siyasi partiyadan, heç bir siyasi lider Gürcüstanın müharibəyə cəlb olunmasından danışmayıb. Bir-birinə hücum edən, bir-birinə xəyanət edən ruspərəstlər, yaxud da “müharibə partiyası”nın fəryadı Gürcüstana lazım deyil. Gürcüstanın indi Rusiyaya qarşı Ukraynanı dəstəkləməkdə birliyə ehtiyac var. Bir-biri ilə vuruşmaq, gürcülərin gürcülərlə döyüşməsi yalnız Rusiyaya kömək edir. Ona görə də mən ürəkdən ümid edirəm ki, gürcülər “güc birlikdədir” modelinə uyğun yaşayacaqlar”, - deyə Kelli Deqnan bildirib.

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın