01 
May
2022
13:16
453

Tamar Arçuadze: "Bu gündən etibarən sərnişinlər dəmir yolu ilə Kutaisi Beynəlxalq Hava Limanına gəlmək imkanı əldə ediblər"

Bu gündən Gürcüstan Dəmiryolunun sərnişin qatarları üçün yeni dayanacaq – Kutaisi hava limanı əlavə edildi. Beynəlxalq standartlara tam cavab verən və sağlamlıq imkanları məhdud insanlar üçün uyğunlaşdırılmış stansiya bu gün Kutaisi hava limanının ilk sərnişinlərini qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hava Limanları Assosiasiyası yayıb.

Gürcüstan Hava Limanları Assosiasiyasının direktoru Tamar Arçuadzenin sözlərinə görə, layihə vacibdir, çünki hava limanına doğru hərəkətlilik daha da artacaq.

 “Bu, çox mühüm layihədir, çünki bu gündən etibarən sərnişinlər avtobus və taksilərdən başqa, Kutaisi Beynəlxalq Hava Limanına dəmir yolu ilə də gəlmək imkanı əldə ediblər. Bu, sərnişinlərə hava limanına rahat vaxtda və rahat nəqliyyat formasında çatmaq üçün bütün mövcud nəqliyyat vasitələrindən istifadə etməyə imkan verir”, - deyə Tamar Arçuadze bildirib.

Bərpa olunan stansiyadan Kutaisi Beynəlxalq Hava Limanına qədər olan məsafə bir kilometr 800 metrdir ki, onu qət etmək beş dəqiqədən az vaxt aparır. Gürcüstan Hava Limanları Assosiasiyası sərnişinlərə stansiyadan hava limanına və əksinə pulsuz servis xidmətləri təklif edir. Bu gündən etibarən Kutaisi Hava Limanından dəmir yolu kassalarına bilet təqdim edəcək bütün sərnişinlər Tbilisi, Zuqdidi, Batumi, Poti və Ozurqetidən Kutaisi hava limanına, hava limanından isə Tbilisi, Batumi, Zuqdidi, Poti və Ozurqetiyə pulsuz səyahət edəcəklər. Kampaniya mayın 7-dək keçərlidir.

 

 

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın