28 
Apr
2022
13:08
386

Kobaxidze: "Mixeil Saakaşvilinin məqsədi Qiorqi Qaxaria və Mamuka Xazaradze ilə hakimiyyətə gəlmək idi"

"Xalq Müdafiəçisi “Müharibə Partiyası” adlı siyasi qüvvənin nümayəndəsidir".

InterPress.ge xəbər verir ki, bu barədə brifinqdə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, keçmiş prezident Mixeil Saakaşvilinin xaricə köçürülməsini tələb edənlərin hamısı, o cümlədən Xalq Müdafiəçisi Gürcüstanda müharibəyə başlamaq niyyətinin tərkib hissəsidir.

“Saakaşvilinin müalicə məqsədilə belə xaricə köçürülməsini istəyən hər kəs tək bir şey istəyir - Gürcüstanda müharibənin başlanmasını. Xalq müdafiəçisi “Müharibə Partiyası” adlı siyasi qüvvənin nümayəndəsidir, ona görə də bu niyyətin tərkib hissəsidir.

O ki qaldı siyasi və ya qeyri-siyasi tərkibi ilə “Müharibə Partiyası”na, təbii ki, hamımız üçün qəbuledilməzdir, çünki bizim aydın məqsədimiz var - bu məqsəd ondan ibarətdir ki, ölkə müharibədən uzaq durmalıdır və dolayısı ilə bu məqsədə qarşı çıxanlar, əks məqsədi güdənlər, ölkəni müharibəyə sürükləmək məqsədi daşıyanlar bizim üçün eyni dərəcədə qəbuledilməzdir. Bu nəticə, əlbəttə, bunun davamıdır", - Kobaxidze bildirib.

Bundan əlavə, İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Mixeil Saakaşvilinin Gürcüstana səfərinin məqsədi ölkədəki vəziyyətə qarışmaq, daha sonra Qiorqi Qaxaria və Mamuka Xazaradze ilə hakimiyyətə gəlmək və müharibəyə qarışmaq idi.

“Saakaşvili ilk növbədə Gürcüstana seçkilərdə  vəziyyəti qarışdırmaq üçün gəlmişdi və bu vəziyyəti qarışdırmaqda əsas məqsədi təbii olaraq dövlət çevrilişi idi və bu çevrilişdən sonra Saakaşvili ortaqları - Qaxaria və "Lelo" ilə hakimiyyətə gələcəkdi. O, artıq Gürcüstan adından müharibədə iştirak edirdi.  Bu, bizim məntiqi qənaətimiz idi, təbii ki, planlaşdırılmış bir ssenari idi, ancaq "Müharibə Partiyası" buna nail ola bilmədi. Bu məqsədlə o, Gürcüstana gəldi ki, əvvəlcə buradakı vəziyyətə qarışsın, Qaxaria və Xazaradze ilə hakimiyyətə gəlsin, hakimiyyətdə olan Saakaşvili müharibəyə qarışsın. 2008-ci ildə məqsədlərinə çatmadı, ancaq Qori və Senakiyə rus tanklarını gətirə bildi və indi Tbilisidə bizə rus tanklarını göstərməyə çalışırdı. Biz bu planı alt-üst etdik, dövlət çağırışda ön sıraya çıxdı və Saakaşvili öz yerində oturdu.  "Müharibə partiyası”nın planı çökdü”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər