Tbilisi meriyası daha beş ailəni yaşayış evi ilə təmin edib
Tbilisi meriyası evsizlər proqramı çərçivəsində daha beş ailəni yaşayış evi ilə təmin edib.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, bu il ümumilikdə 60 evsiz ailə yaşayış evi ilə təmin olunacaq.
“Seçkilər öncəsi vədlərimdən biri Tiflisdə evsizləri evlə təmin etmək idi. Biz bu proqramı həyata keçirməyə başlamışıq, amma eyni zamanda, qanunsuz tikililərə, dövlət torpaqlarının zəbt edilməsinə qarşı da mübarizə aparırıq. Biz buna imkan verməyəcəyik. Tbilisi meriyası evsiz statusu almamışdan əvvəl vətəndaşlar üçün mənzil kirayə verir. Bunun üçün milyonlarla lari xərclənir. Ona görə də biz evsizlər proqramını həyata keçirməyə başladıq. Bu gün daha beş ailəni yaşayış evi ilə təmin edəcəyik. Yaxın illərdə 400 ailə yaşayış evi ilə təmin olunacaq. Hələ də evsiz statusu almayanlar öz rayon icra hakimiyyətinə müraciət etsinlər”, - deyə Kaxa Kaladze bildirib.