28 
Apr
2022
11:55
340

Kobaxidze: "Nə qədər ki, müxalifət alçaldılmış sifətlərlə siyasətdə qalacaq, siyasi sistem lazımi səviyyədə formalaşmayacaq"

"IRI sorğusunu keçirən şirkətə bəzi suallarımız var, lakin biz görürük ki, hətta bu şirkətin keçirdiyi sorğu da müxalifət üçün çox sərtdir və bunu onların şərhlərindən də aydın görmək olur".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze partiyanın ofisində keçirdiyi brifinqdə jurnalistin  "IRI sorğusuna əsasən respondentin 31%-inin “Gürcü Arzusu”na səs verəcəyinə inanıb-inanmadığı ilə bağlı" sualını cavablandırarkən deyib.

Kobaxidzenin sözlərinə görə, hakim partiya bu istiqamətdə təhlil apararkən öz məlumatlarına əsaslanır.

“Hamı görür ki, müxalifət bütün istiqamətlərdə çox pis vəziyyətdədir.  Gürcüstanda əhalinin 50%-i bizi dəstəkləyir.  Müxalifətin Gürcüstanda bu formada qalması yolverilməzdir. Nə qədər ki, müxalifət bu tamamilə alçaldılmış sifətlərlə siyasətdə qalacaq, siyasi sistem lazımi səviyyədə formalaşmayacaq.  "Gürcü Arzusu"nun tamamilə fərqli vəziyyəti var - siz bizim üzlərimizi Qubaz Sanikidze, Salome Samadaşvili ilə müqayisə edə bilərsiniz", - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər