27 
Apr
2022
13:54
285

XİN başçısı: "Dost Azərbaycana rəsmi səfərimə başlamaqdan şərəf duyuram və..."

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanda rəsmi səfərdədir.

InterPress.ge xəbər verir ki, nazir sosial şəbəkədə səfəri ilə bağlı məlumat paylaşıb.

Onun yazdığına görə, Gürcüstanla Azərbaycan arasında tərəfdaşlıq günü-gündən möhkəmlənir.

"Dost Azərbaycana rəsmi səfərimə başlamaqdan şərəf duyuram və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək imkanımın olduğunu yüksək qiymətləndirirəm. Biz Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini vurğuladıq. Bizim tərəfdaşlığımız günü-gündən güclənir. Sülh, sabitlik və regional inkişafa diqqət yönəlir", - Darçiaşvili yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər