ABŞ Gürcüstana 35 milyon dollar ayıracağını bildirdi
ABŞ Rusiyadan gələn təhlükəyə qarşı müdafiəsini gücləndirmək üçün Gürcüstana 35 milyon dollar verəcək.
InterPress.ge xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Məlumata görə, bu məbləğ ABŞ-ın Rusiya müharibəsinə cavab olaraq Ukraynaya hərbi yardımının bir hissəsidir.
713 milyon dollarlıq xarici hərbi maliyyənin (FMF) 322 milyon dolları Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə sərf olunacaq. Bu məbləğin qalan hissəsi isə, Balkanlarda, Mərkəzi və Şərqi Avropa ölkələrində paylanacaq.
“Gürcüstan döyüş texnikası briqadası, pilotsuz uçuş aparatı sistemi, təkmil səhra artilleriya taktiki məlumat sistemi, mobillik imkanları və kibermüdafiə daxil olmaqla 35 milyon dollar alacaq”, - deyə “Amerikanın Səsi” nin eksklüziv bəyanatında bildirilib.
Məlumata əsasən, yeni hərbi yardım paketi aprelin 25-də Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Ukrayna prezidenti ilə görüşündən sonra məlum olub.


