25 
Apr
2022
19:15
501

Lelo lideri Saakaşvilinin səhhətilə bağlı danışdı: " Bu, ölkə üçün əlavə risklər yaradacaq"

"Müstəqil həkimlərin fikrincə, Saakaşvilinin vəziyyəti o qədər pisləşib ki, o, Gürcüstanda lazımi tibbi yardım ala bilmir, o zaman bu xidmət Gürcüstandan kənarda göstərilməlidir".

InterPress.ge xəbət verir ki, bu barədə Lelo liderlərindən biri Badri Gaparidze bildirib.

Badri Gaparidzenin fikrincə, əgər Mixail Saakaşvilinin səhhətində təhlükə yaranarsa, bu, ölkə üçün əlavə risklər yaradacaq.

“Əgər bizdə müstəqil ekspertlərin, müstəqil həkimlərin Saakaşvilinin vəziyyətinin çox ağır olduğu və Gürcüstanda ona lazımi tibbi yardımın göstərilməsinin mümkünsüzlüyü ilə bağlı qənaəti varsa, təbii ki, bu tibbi yardım Gürcüstandan kənarda göstərilməlidir, bu, tamamilə normaldır. Əks halda onun həyatının böyük təhlükə altında qalması riski var ki, bu da ölkə üçün əlavə risklər yaradacaq",-Badri Gaparidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər