21 
Apr
2022
15:07
401

Baş nazir ABŞ-ın Gürcüstandakı səfiri ilə görüşdü

Ukraynada davam edən müharibə, regionda təhlükəsizlik vəziyyəti və Gürcüstanla ABŞ arasında tərəfdaşlığın gücləndirilməsi Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan arasında əsas müzakirə mövzusu olub.

lnterPress.ge xəbər verir ki, baş nazirin sözlərinə görə, Gürcüstan bir çox formatlarda Ukraynanı fəal şəkildə dəstəkləyir və Ukraynaya dəstək verən qətnamələrin həmsponsorudur.

İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstan beynəlxalq ictimaiyyətin yanında möhkəm dayanır və Ukraynaya həm ikitərəfli, həm də çoxtərəfli formatda siyasi və praktiki dəstək verməkdə davam edir və Gürcüstanın diplomatik nümayəndəlikləri hərbi əməliyyatlar zamanı Kiyev, Odessa və Lvovda fəaliyyətini dayandırmayıb.

Görüşdə qeyd olunub ki, Gürcüstan hökuməti müharibə başlayandan bəri Ukraynaya əhəmiyyətli humanitar yardım edir, artıq Ukraynaya 500 tondan çox humanitar yardım göndərilib, bu proses davam edir və Gürcüstana gələn Ukrayna vətəndaşları bütün müvafiq xidmətlərdən maksimum dəstək alıblar.

Hökumət Administrasiyasında keçirilən görüşdə xarici işlər naziri İlya Darçiaşvili iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər