21 
Apr
2022
12:20
470

Qardabani Bələdiyyəsinin kəndlərinə iyunun 6-dan 24 saat su veriləcək

Qardabani Bələdiyyəsinin - Zemo Teleti, Kvemo Teleti, Axali Cğali, Calasğuri, Muxranteleti və Kumis kəndlərində, 5000-dən çox benefisiarın faydalanacağı su təchizatı sistemlərinin tikintisi tamamlanır.

lnterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Gürcüstanın baş nazirinin təşəbbüsü ilə hazırlanan layihə ölkənin 10 illik inkişaf strategiyası çərçivəsində həyata keçirilir və ona əsasən, 2025-ci ilin sonuna kimi Gürcüstanın bütün şəhərləri 24 saatlıq elektrik enerjisi  və su təchizatı ilə təmin olunacaq.

Layihə çərçivəsində artıq su anbarları, xloratorlar, nasos stansiyaları, magistral və su təchizatı şəbəkələri qurulub. Cari dövrdə elektrik naqillərinin çəkilməsi və infrastrukturun abadlaşdırılması işləri başa çatdırılacaqdır.

İşlər İnfrastruktur Nazirliyinin Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən həyata keçirilir və onun dəyəri 9,8 milyon laridir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər