21 
Apr
2022
11:40
640

Polis qanunsuz olaraq odlu silah gəzdirən 7 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi, Kaxeti, Kvemo Kartli və Sameqrelo-Zemo Svaneti bölgələrində qanunsuz odlu silah və döyüş sursatları götürüblər. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində 7 nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tbilisi Polis İdarəsi Baş İstintaq İdarəsinin əməkdaşları,1990-cı il təvəllüdlü K.İ.-ya qarşı qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaqda ittiham irəli sürülərək saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd tapança, 11 ədəd patron götürüblər.

Həmin idarənin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 2 nəfər - 1998-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş C.T. və 1960-cı il təvəllüdlü Z.F. Tbilisidə saxlanılıb.

“J.T.-nin idarə etdiyi avtomobilə baxış zamanı polis tapança və 17 ədəd patron, Z.F.-nin evinə baxış zamanı   isə avtomat tüfəng və 29 ədəd patron aşkar edilib.

Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları Tbilisidə əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü şəxsi Sülh körpüsünün yaxınlığında qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirməkdə ittiham edərək saxlayıblar. Polis onun şəxsi axtarışı nəticəsində maddi sübut kimi odlu silah, 6 ədəd patron və 1 ədəd qatlanan bıçaq götürüb.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaq ittihamı ilə əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü şəxsi Zuqdidi bələdiyyəsinin kəndlərindən birində saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd tapança, 1 ədəd avtomat və 42 ədəd patron götürüblər.

Kaxeti Polis İdarəsinin Kvareli rayon şöbəsinin və Tbilisi polis idarəsinin əməkdaşları, birgə istintaq hərəkətləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1989-cu il təvəllüdlü G.M. ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar. Polis təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış zamanı sübut kimi avtomat silah və 50 patron götürüb.

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Şöbəsinin əməkdaşları keçmişdə müxtəlif cinayətlərdə təqsirli bilinən və hazırda sınaq müddəti olan 1990-cı il təvəllüdlü şəxsi qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq-saxlamaq-daşımaqda ittiham olunaraq saxlayıblar.

Rustavi polisi təqsirləndirilən şəxslərin şəxsi axtarışı nəticəsində sübut kimi avtomatik odlu silah, döyüş sursatı və 26 patron götürüb.

Cinayətlər maksimum 3 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır”, - deyə agentlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər