18 
Apr
2022
14:31
277

Səhiyyə naziri: " Təəssüf ki, peyvəndləmə nisbəti xeyli azalıb"

"Gördüyümüz kimi, vaksin həqiqətən qoruyur - biz kommunikasiya kampaniyası üzərində işləyirik və gələn aydan başlayacağıq".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Zurab Azaraşvili hökumət iclasında immunizasiya prosesi barədə danışarkən bildirib.

Nazirin sözlərinə əsasən, ölkədə peyvəndləmə səviyyəsi çox aşağıdır.

“Təəssüf ki, gündəlik peyvəndləmə nisbəti xeyli azalıb. Biz bu prosesi aktivləşdirmək üçün əlimizdən gələni edirik. Baxmayaraq ki, peyvəndlərimizin geniş seçimi var, biz yeni "Pfizer" gözləyirdik və onu gətirdik, peyvənd nisbəti hər gün bir neçə yüzdür. Düşünürəm ki, daha da aktiv olmaq üçün daha çox kommunikasiya kampaniyalarına ehtiyac var. Gördüyümüz kimi, peyvənd həqiqətən xəstəxanaya yerləşdirmə və ölümcüllükdən qoruyur. Biz kommunikasiya kampaniyası üzərində işləyirik və gələn aydan başlayacağıq”, - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın