18 
Apr
2022
13:05
284

Baş nazir: "Bütün ölkə ərazisində idman infrastrukturunu təkmilləşdirməyi planlaşdırırıq"

"İdman və mədəniyyət, əlbəttə ki, bizim əsas prioritetlərimizdən biri olacaq. Tea Tsulukiani ilə birlikdə lazımi layihələri tamamladıq və ölkə daxilində bütün teatrların bərpasına başlayacağıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Hökumət başçısı ölkə üçün çox mühüm əhəmiyyət kəsb edən Şalva Amiranaşvili adına İncəsənət Muzeyini xüsusi qeyd edib və muzey binasının bərpasına bu il başlanılacağını bildirib.

Onun sözlərinə görə, bütün ölkə ərazisində idman infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.

“Bütün bələdiyyələrdə mərkəzi stadionların bərpası planlaşdırılır, bütün kiçik ölçülü stadionların tam təmir-bərpa işləri yaxın üç il ərzində aparılmalıdır və bu barədə danışdıq ki, mərhələ-mərhələ bütün bələdiyyələrdə idman komplekslərinin tikintisinə başlayaq. Bu, keçid layihəsi ola bilər və üç ilə başa çatmaya bilər, lakin biz gənclərimizə sağlam həyat tərzini təbliğ etmək üçün bütün bələdiyyələrdə üç-beş il ərzində idman kompleksləri tikməliyik”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər