Baş nazir: "Yeni layihəyə start verdik"
Məcburi köçkünlər üçün yeni layihəyə start verilir və bu layihəyə əsasən, yaxın 3-4 ildə 13 minə qədər məcburi köçkün ailəsi yaşayış evləri ilə təmin olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili bildirib.
Baş nazirin hökumətin iclasında qeyd etdiyinə görə, onların bir qismi “Kənd evi” layihəsi çərçivəsində yaşayış evləri ilə təmin olunacaq, bir qism məcburi köçkün üçün isə yeni standart binalar tikiləcək.
“Minlərlə məcburi köçkünü qanuniləşdirilib evlərinə təhvil verməyimizə baxmayaraq, problem böyükdür. Minlərlə məcburi köçkünün hələ mənzili yoxdur, ona görə də biz genişmiqyaslı layihəyə başlayırıq - yaxın 3-4 ildə 13 minə qədər məcburi köçkün ailəsi mənzil alacaq - bir hissəsi isə qanuniləşdiriləcək və 6 minə yaxın ailə “kənd evi” layihəsi çərçivəsində evlə təmin olunacaq. 7 min məcburi köçkün ailəsi üçün yeni standart binalar tikiləcək və müasir təmirli mənzillər onlara təhvil veriləcək. Kutaisidə 700 mənzilin tikintisi bu il başa çatdırılacaq və payızda məcburi köçkün ailələrinə təhvil veriləcək. Yazda Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi və Borjomidə yeni binaların tikintisinə başlanılacaq. Bu, 3-4 ilə başa çatacaq irimiqyaslı layihədir", - deyə İrakli Ğaribaşvili bildirib.


