18 
Apr
2022
12:04
384

İmmunizasiya Şurası koronavirus peyvəndinin dördüncü dozasını müzakirə edəcək

İmmunizasiya Şurasında koronavirus peyvəndinin dördüncü dozası müzakirə olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.

Onun qeyd etdiyinə görə, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin İmmunizasiya Şurası tərəfindən səsləndiriləcək koronavirusa qarşı dördüncü doza ilə bağlı tövsiyələri var. Amiran Qamğrelidze ümid edir ki, peyvəndin dördüncü dozasını kimin nə qədər müddətə alacağını müəyyən etmək üçün yaxın vaxtlarda İmmunizasiya Şurasının iclası keçiriləcək.

“Milli Xəstəliklərə Nəzarət Mərkəzi dördüncü doza ilə bağlı ciddi təhlillər aparıb. Ümid edirəm ki, İmmunizasiya Şurası tezliklə formalaşacaq. Dördüncü doza və ya ikinci “booster” kimin, necə, nə qədər müddətdən sonra edəcəyi İmmunizasiya Şurasının qərarıdır. İmmunizasiya Şurası bunu müzakirə edib qərar verəcək. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin öz tövsiyələri var, biz onları İmmunizasiya Şurasına çatdıracağıq", - deyə Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər