ABŞ səfiri: "Ukrayna ilə Gürcüstan arasında hər hansı bir qalmaqal olduqda, bundan yalnız Rusiya faydalanır"
"Düşünürəm ki, çoxpartiyalı nümayəndə heyətinin Ukraynaya getməsi çox mühüm əlamətdir."
InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstanda Amerika Ticarət Palatasının Ukraynaya kömək məqsədilə təşkil etdiyi xeyriyyə tədbirindən sonra mediaya bildirib.
Səfirin sözlərinə görə, “Ukrayna ilə Gürcüstan arasında hər hansı bir qalmaqal olduqda, bundan yalnız Rusiya faydalanır”.
“Bunun üçün birlik mesajı çox vacibdir: biz hamımız bir yerdəyik və güc tətbiq edərək ölkəni işğal etmək, onu bombalamaq və dinc insanları öldürmək bizim üçün qəbuledilməzdir.
Hesab edirəm ki, çoxpartiyalı nümayəndə heyətinin Ukraynaya getməsi çox mühüm əlamətdir. Bu, gürcü xalqının münasibətini və onun Ukrayna dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yaxşı əks etdirir. Bu çox müsbət əlamətdir. Mən şadam ki, Şalva Papuaşvili ilə Ukrayna Radasının sədri arasında da müsbət söhbət olub. Müxtəlif səbəblərdən fərqli anlaşılmazlıqlar olduqda, bu cür məsələlərin üzbəüz danışıq yolu ilə həll olunması çox yaxşıdır. Biz çox şadıq ki, gürcü xalqının Ukraynaya göstərdiyi bu qardaş dəstəyi indi də davam edir", - Deqnan deyib.
Kelli Deqnanın sözlərinə görə, artıq Rusiyanın Ukrayna xalqına və Ukraynaya qarşı törətdiyi dəhşətli təcavüzün 50-ci günüdür.
“Biz hamımız belə bir münasibətlə vətənini müdafiə edən bu cəsur insanlara dəstək olmağın yollarını axtarırıq”, o əlavə edib.


