5098 qutu aksizsiz tütün məmulatı ələ keçirildi
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin, Sameqrelo-Zemo Svaneti və Monitorinq şöbələrinin əməkdaşları, Zuqdididə həyata keçirilən nəzarət tədbirləri nəticəsində 5098 qutu aksizsiz tütün məmulatının qanunsuz saxlanılması və daşınması ilə bağlı 3 fakt aşkar edilib.
lnterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb.
Verilən məlumata görə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci hissəsinə əsasən qaydanı pozan vətəndaşlardan aksizsiz mallar götürülüb.
“2 fakt üzrə cinayət törətmiş şəxslərin iş materiallarında cinayət tərkibinin əlamətləri olduğundan, Gürcüstan Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə əsasən, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib. Eyni zamanda, 1 fakt müəyyən edilməyən fakt kimi qiymətləndirilib və götürülmə protokolu tərtib edilib”, - deyə Vergilər Xidmətinin yaydığı məlumatda qeyd olunub.


