14 
Apr
2022
11:18
390

Mixeil Çxenkeli cəmiyyəti Ana Dili Günü münasibətilə təbrik edir

"Bu gün artıq soydaşlarımızın sədaqəti ilə qorunub saxlanılan ana dilini qorumaq və yaşatmaq hər birimizin borcudur".

lnterPress.ge xəbər verir ki,  bu barədə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin Ana Dili Günü münasibətilə verdiyi müraciətdə bildirilib.

Nazirin sözlərinə görə, gürcü dilinin öyrənilməsi baxımından həmvətənlərin, xüsusən də etnik azlıqların nümayəndələrinin dəstəklənməsi əsas prioritetlərdən biridir.

“Düz 44 il əvvəl, 1978-ci il aprelin 14-də bir neçə min insan həyatlarını riskə ataraq Rustaveli prospektinə toplaşaraq kimliyimizin və milliyyətimizin əsası olan gürcü dilini müdafiə etdi. Bu, Gürcüstanın yaxın tarixində görünməmiş bir hadisə idi, gənclər Sovet rəhbərliyinin iradəsinə müqavimət göstərib gürcü dilinin dövlət dili statusunu itirməsinə imkan vermədilər.

Bu gün soydaşlarımızın sədaqəti ilə qorunub saxlanılan ana dilini qorumaq və yaşatmaq hər birimizin borcudur. Təhsil və elm naziri kimi mənim üçün əsas prioritetlərdən biri həmvətənlərimizə, xüsusən də etnik azlıqların nümayəndələrinə gürcü dilini öyrənməkdə dəstək olmaqdır. Bu istiqamətdə Gürcüstanın Təhsil və Elm Nazirliyi fəal işləyir. Məqsədimiz ana dilinin dövlət statusunu daha da möhkəmləndirmək və gürcü dilini dünyada ən qədim və unikal dillərdən biri kimi ləyaqətlə təqdim etməkdir", - deyə nazir bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər