13 
Apr
2022
15:44
675

Dərman üçün aptekə girən şəxs həyatını itirdi

Martvilidə Azadlıq küçəsində aptekə girən şəxs ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib.

Onların sözlərinə görə, o, qəfil yıxılıb.

Mövcud məlumata görə, ölən 60 yaşdan aşağı olan şəxs Zuqdidi sakinidir və o, Martvilidə binaların bərpa işlərində işləyirmiş.

"O, qəfil yıxıldı və təcili yardım briqadası ona çata bilmədi, o, artıq ölmüşdü", - deyə hadisə şahidi bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər