13 
Apr
2022
12:12
1057

Bu tarixdən sürücülük imtahanının praktiki hissəsi üçün yeni standartlar müəyyən edildi

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi aprelin 25-dən “B” və “BE” kateqoriyalı sürücülük imtahanının praktiki hissəsinin yeni standartı üzrə ətraflı məlumat yayır.

InterPress.ge xəbər verir ki,  agentliyin məlumatına görə, maraqlananlar bu praktiki hissəni aşağıdakı şəhərlərdə keçə biləcəklər: Rustavi, Qori, Telavi, Poti, Axalçixe, Kutaisi, Saçxere, Ozurqeti və Batumi.

“Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Avropa İttifaqı ilə Assosiasiya Sazişi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliyə əsasən, 25 aprel 2022-ci il tarixindən etibarən “B” və “BE” kateqoriyalı sürücülük imtahanının praktiki hissəsi iki mərhələli imtahana çevriləcək

Sürücülük hüququ əldə etmək istəyənlər Rustavi, Qori, Telavi, Poti, Axalçixe, Kutaisi, Saçxere, Ozurqeti və Batumi xidmətlərində yeni standart üzrə praktiki sınaqdan keçə biləcəklər.

Zuqdidi xidmətinə gəldikdə, şəhərdaxili yollarda genişmiqyaslı bərpa işləri davam etdirildiyi üçün müvafiq işlər yekunlaşan kimi sınaqların ikinci mərhələsindən keçmək mümkün olacaq.

Dəyişikliklərə əsasən, qapalı meydanda xüsusi manevrləri uğurla başa vurduqdan sonra sürücülük namizədi ikinci mərhələyə - real hərəkət şəraitində keçəcək. Hər bir imtahan xidməti üçün bir neçə imtahan marşrutu hazırlanıb və bu marşrutlar Gürcüstanın daxili işlər nazirinin müvafiq əmri ilə təsdiqlənəcək.

Praktiki imtahanın ikinci mərhələsi üçün növbə sifariş etmək məcburidir, bu mümkündür: Agentliyin müvafiq struktur bölməsinə birbaşa elan etməklə; İnternet vasitəsilə; Mobil proqram vasitəsilə.

Sürücü namizədi birinci mərhələdən uğurla keçdikdən sonra 365 təqvim günü ərzində praktiki sınaq imtahanının ikinci mərhələsindən keçmək hüququna malikdir. Qeyri-qənaətbəxş nəticə olduğu halda, 30 gündən tez olmayan növbə tutmaqla növbəti imtahandan keçmək mümkün olacaq.

365 günlük müddət başa çatdıqda nəzəri və praktiki imtahanın birinci mərhələsində əldə edilmiş qənaətbəxş nəticə hüquqi qüvvəsini itirir”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər