12 
Apr
2022
22:28
373

İqtidar- müxalifət nümayəndə heyəti birlikdə Ukraynaya səfər edəcək

"Biz Gürcüstanın nümayəndə heyəti, müxalifət və hökumət Ukraynaya birlikdə gedəcəyimizə dair razılığa gəldik. Parlament sədrinin də bu formata cəlb olunacağı istisna edilmir"

InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası"nın üzvü Paata Mancqaladze iqtidar-müxalifətin görüşündən sonra
jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, Gürcüstan tərəfi Ukrayna hakimiyyəti ilə əlaqə saxlayır.

Paata Mancqaladzenin sözlərinə görə, iqtidar və müxalifət nümayəndələri arasında işgüzar görüş keçirilib. Eyni zamanda tərəflər Gürcüstanın müharibə vəziyyətində olan ölkəyə şərt qoymayacağından danışıblar.

“Deməliyik ki, görüş konstruktiv, işgüzar görüş olub. Biz razılaşdıq ki, Gürcüstan nümayəndə heyəti, müxalifət və iqtidar birlikdə Ukraynaya gedəcək. Bildiyimə görə, Ukrayna tərəfi ilə müvafiq əlaqə var. Parlament sədrinin də bu formata cəlb olunması mümkündür. Amma hələ nəhayət qərar verilməyib və biz bütün bunları gözləyirik, lakin insanların çoxu bunun bəzi məsələlərdən asılı olduğunu düşünür. Bilirsiniz ki, Papuaşvilinin səhhəti ilə bağlı problem var, onlar cavab gözləyirlər, dəqiq qərar verəcəklər", - Mancqaladze bildirib.

Onun sözlərinə görə, Qiorqi Vaşadze Ukraynaya “Ağmaşenebeli Strategiyası”nın parlament nümayəndə heyəti formatında gələcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər