12 
Apr
2022
12:05
743

Batumidə güclü külək fəsadlar yaratdı

Batumidə güclü külək olub. Müxtəlif küçələrdə ağaclar aşıb, bir neçə avtomobilə ziyan dəyib. 

lnterPress.ge xəbər verir ki, bu baraədə Batumi şəhər meriyasından məlumat verilib.

Artıq təmizlik işləri aparılsa da, ağacların aşması səbəbindən bir neçə küçədə nəqliyyatın hərəkəti dayandırılıb.

Güclü külək nəticəsində bir neçə binanın dam örtüyü də zədələnib. Dayanacaq da zədələnib.

Məlumata görə, meriyanın müvafiq xidmətləri fövqəladə rejimdə işləyir. Batumi meri Arçil Çikovani şəhərdəki vəziyyətlə bağlı məlumatlandırılıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər